İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə bu ölkənin rəhbərliyinə və xalqına təbrik məktubu göndərib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Pezeşkian təbrik mesajında İran və Pakistan arasındakı münasibətlərin strateji xarakter daşıdığını vurğulayıb.
Məlumata görə, Pezeşkian iki ölkə xalqlarının maraqlarının bir-biri ilə sıx bağlı olduğunu qeyd edib.
İran prezidenti bu reallığın Tehran və İslamabad arasında əməkdaşlığın daha da dərinləşdirilməsini və qarşılıqlı əlaqələrin gücləndirilməsini zəruri etdiyini bildirib.
Pezeşkian vurğulayıb ki, İran regionda sabitliyin və iqtisadi inkişafın təmin olunması məqsədilə Pakistanla əlaqələrin möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verir.