İranın xarici işlər naziri Abbas Əraqçi Çİnə səfər edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, nazir Yaxın Şərqdəki gərginlik fonunda Çin hakimiyyəti ilə məsləhətləşmələr aparmaq üçün çərşənbə axşamı Pekinə səfər edəcək.
Qeyd olunub ki, səfər zamanı xarici işlər naziri çinli həmkarı ilə ikitərəfli münasibətləri, eləcə də regional və beynəlxalq inkişafları müzakirə edəcək.