İranın xarici işlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, danışıq zamanı Əraqçi ABŞ ilə münaqişənin həlli ilə bağlı İran-Amerika memorandumunu müzakirə edib.
Həmçinin telefon danışığı zamanı Əraqçi və Lavrov ikitərəfli bir sıra məsələlər barədə fikir mübadiləsi aparıblar.