Əsas məzmuna keç

Lavrov və Əraqçi regiondakı təhlükəsizlik böhranını müzakirə etdi

Lavrov və Əraqçi regiondakı təhlükəsizlik böhranını müzakirə etdi

Sergey Lavrov və Abbas Əraqçi telefonla Fars körfəzi böhranını dəyərləndirib. Rusiya XİN-in təhlükəsizlik planı və İslamabaddakı İran-ABŞ təmaslarının detalları...

en ru

Xarici İşlər naziri Sergey İranlı həmkarı Əraqçi ilə aparıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Açıqlamada bildirilir ki, Lavrov Rusiyanın Fars körfəzi regionunda təhlükəsizlik böhranının həllinə töhfə verməyə hazır olduğunu vurğulayıb.

Nazir qeyd edib ki, Moskva silahlı qarşıdurmanın təkrarlanmamasının vacibliyini önə çəkir və münaqişənin hərbi yolla deyil, diplomatik vasitələrlə həllini dəstəkləyir.

Rusiya tərəfi həmçinin bütün sahilyanı dövlətlərin iştirak edəcəyi və regiondan kənar ölkələrin də dəstək verəcəyi təhlükəsizlik konsepsiyasının hazırlanması təşəbbüsünü xatırladıb.

Moskva bəyan edib ki, məqsəd İran və qonşu ölkələrin maraqlarını nəzərə alan, uzunmüddətli sabitliyi təmin edən həll yollarının tapılmasıdır.

İran Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər həmçinin regiondakı son vəziyyəti və İslamabadda İran– danışıqlarını da müzakirə ediblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…