İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana göndərilən 46 kq narkotik aşkarlanıb

İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana göndərilən 46 kq narkotik aşkarlanıb
21.07.2023 09:28
Aa
dəq

İrandan qaçaqmalçılıq yolu ilə göndərilən 46 kiloqram narkotik vasitənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı polis əməkdaşları tərəfindən alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumatına görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun Sım kəndi ərazisində həyata keçirdikləri uğurlu əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən Lənkəran şəhər sakini Elxan Həsənov saxlanılıb.

Onun idarə etdiyi avtomobilin yük yerinə baxış zamanı 46 kiloqram, o cümlədən 20 kiloqram tiryək, 20 kiloqram marixuana, 5 kiloqram heroin, 1 kiloqram metamfetamin, 2000 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Araşdırma zamanı E.Həsənovun narkotik vasitələrin qanunsuz dövriyyəsini şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə təşkil etdiyi müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb, E.Həsənov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri polis əməkdaşları tərəfindən qətiyyətlə davam etdirilir.

Həftənin ən çox oxunanları

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Göygöldə ikimərtəbəli evdə yanğın olub
DAVAMIN OXU davamın oxu