Dövlət Sərhəd Xidməti (DSX) İran İslam Respublikasından Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısını alıb.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DSX-dən məlumat verilib.
Məlumatda bildirilir ki, Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsi xidməti ərazidə həyata keçirilən əməliyyatlar nəticəsində 9 kiloqram 860 qram marixuana saxlanılıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat-qoşun tədbirləri zamanı narkotik vasitəni əraziyə gətirməyə cəhd göstərən Bakı şəhər sakinləri – 1991-ci il təvəllüdlü Hüseyinov Şəhriyar Səlim oğlu və 2001-ci il təvəllüdlü Əliyev Səttar Niyazi oğlu saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunublar.