İrandan Azərbaycana gətirilmiş 1 kq heroin aşkarlanıb, saxlanılan var

İrandan Azərbaycana gətirilmiş 1 kq heroin aşkarlanıb, saxlanılan var
25.09.2023 12:34
Aa
dəq

Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla Qazax rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Sumqayıt şəhər sakini Cəlal Əzizov Qazax rayonuna gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni nağd pul və bir miqdar narkotik vasitə qarşılığında ölkənin digər şəhər və rayonlarına aparmağa razılaşıb.

Həmin şəxs saxlanılaraq Polis Şöbəsinə gətirilən zaman əlindəki qara rəngli çantadan 1 kq 11 qram heroin, 855 qram qurudulmuş marixuana, 15 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Həftənin ən çox oxunanları

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Göygöldə ikimərtəbəli evdə yanğın olub
DAVAMIN OXU davamın oxu