Əsas məzmuna keç

İranda Azərbaycan vətəndaşı yaralandı - XİN-dən rəsmi açıqlama

İranda Azərbaycan vətəndaşı yaralandı - XİN-dən rəsmi açıqlama

Ayxan Hacızadə hərbi eskalasiya ilə bağlı son durumu açıqladı. Yaralanan həmvətənimizin vəziyyəti və sərhəddən təxliyyə qaydaları haqqında mühüm xəbərdarlıq mətni.

en ru

İndiyə qədər regiondakı gərginlik zəminində yalnız bir nəfər vətəndaşımız xəsarət alıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə regionda hərbi eskalasiya şəraitində vətəndaşlarımızın vəziyyəti ilə bağlı sorğuya cavabda bildirib.

Rəsmi məlumata görə, böhran vəziyyətinə uyğun olaraq, bölgədə yerləşən Səfirliklərimiz və Baş konsulluqlarımız fəaliyyətini gücləndirilmiş rejimdə davam etdirir.

Nazirlik rəsmisi qeyd edib: "Vətəndaşlarımızdan gələn müraciətlərə uyğun olaraq, diplomatik missiyalarımız tərəfindən müvafiq dəstək göstərilir. İndiyə qədər, yalnız bir nəfər vətəndaşımız xəsarət alıb. Vətəndaşa diplomatik missiyamız tərəfindən müvafiq dəstək göstərilir və onun vəziyyəti yaxşıdır".

Təxliyyə məsələsinə toxunan Ayxan Hacızadə bildirib ki, indiki məqamda Xarici İşlər Nazirliyinin paylaşdığı səyahət xəbərdarlığına uyğun hərəkət edilir. İran ərazisində olan vətəndaşlarının ölkədən çıxışı üçün yerləşmə bölgəsindən asılı olaraq Azərbaycan və quru sərhəddindən istifadə olunur.

Statistikaya əsasən, indiyə qədər 30 nəfər vətəndaşımız Azərbaycan sərhəddindən keçid edib.

Ümumilikdə, bölgədə hava məkanının bağlı olduğunu diqqətə alaraq, indiki məqamda vətəndaşların kütləvi təxliyyəsi nəzərdə tutulmur.

Hazırda bölgədə olan vətəndaşlarımızdan təhlükəsizlik vəziyyətini diqqətlə izləmələri, yerli hakimiyyət orqanlarının göstəriş və tövsiyələrinə riayət etmələri xahiş olunur. Xüsusilə kütləvi toplaşma yerlərindən uzaq durmaq və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmək vacibdir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…