İran hərbi mənbələri Qətərdə yerləşən strateji əhəmiyyətli hərbi obyektə zərbə endirildiyi barədə məlumat yayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-yə məxsus olan və ballistik raketlərin aşkarlanması sistemində mühüm rol oynayan radar qurğusu sıradan çıxarılıb.
Məlumata əsasən, bu radar sistemi regionda raket hücumlarından müdafiə şəbəkəsinin əsas elementlərindən biri hesab olunurdu.
Hadisə ilə bağlı rəsmi Vaşinqton tərəfindən hələlik heç bir təsdiq və ya təkzib bəyanatı verilməyib.
Ekspertlər qeyd edir ki, bu iddia təsdiqini taparsa, bu, regiondakı hərbi balans və ABŞ-İran münasibətlərində yeni bir gərginlik dalğasına səbəb ola bilər.