İran Birləşmiş Ərəb Əmirlikləri və Küveytdə fəaliyyət göstərən yeddi məktəbinin bağlandığını və şagirdlərin distant təhsilə keçirildiyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran Təhsil Nazirliyinin sözçüsü Əli Fərhadi məlumat verib.
O bildirib ki, bəzi şagirdlər təhsillərini Omandakı İran məktəblərinin nəzarəti altında davam etdirəcək, digərləri isə İran daxilindəki məktəblər tərəfindən onlayn formada tədris olunacaq.
Fərhadi qeyd edib ki, BƏƏ-də təxminən 2500 iranlı şagirdin təhsil prosesinə təsir edən qərar qəbul edilib və bu addım tənqid olunub. Onun sözlərinə görə, Oman tərəfi ilə koordinasiya çərçivəsində şagirdlər tədris ilinin sonuna qədər təhsillərini davam etdirəcəklər.
Məlumatda əlavə olunub ki, Küveyt, Səudiyyə Ərəbistanı və BƏƏ-dəki İran məktəbləri hazırda onlayn rejimdə fəaliyyət göstərir və tədris ili virtual şəkildə başa çatdırılacaq.