Əsas məzmuna keç

İran XİN başçısı: Trampın hava zərbələriylə bağlı bəyanatı BMT nizamnaməsinə ziddir

İran XİN başçısı: Trampın hava zərbələriylə bağlı bəyanatı BMT nizamnaməsinə ziddir

İran Xarici İşlər Nazirliyi Prezidenti Trampın İslam Respublikasına hava hücumları ilə bağlı bəyanatlarını BMT Nizamnaməsinin pozulması hesab edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi İsmayıl Baqei məlumat verib.

“ tərəfindən açıq şəkildə “bombalama” hədəsi beynəlxalq və təhlükəsizliyin mahiyyətinə sarsıdıcı təhqirdir. Bu, Təşkilatının Nizamnaməsini pozur və BAEA-nın zəmanətlərinə xəyanət edir”, - o, “X” sosial şəbəkəsində yazıb.

Baqeinin sözlərinə görə, zorakılıq zorakılığı doğurur, ABŞ isə öz kursunu seçə bilər, sadəcə, bunun nəticələrini də qəbul etməlidir.

Xatırladaq ki, Ağ Evin rəhbəri dünən İranın ya iki ay ərzində nüvə silahı üzrə sazişi imzalayacağını, ya da ABŞ tərəfindən bombardmanlara məruz qalacağını bəyan edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…