Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran Livandakı hücumlarla bağlı İsrailə xəbərdarlıq etdi

2 dəq
Paylaş:
İran Livandakı hücumlarla bağlı İsrailə xəbərdarlıq etdi

"İsrailin Livana davam edən hücumları dərhal ciddi nəticələrə səbəb olacaq və İran müttəfiqlərini qorumaq üçün bütün tədbirləri görəcək".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail deyib.

Bəqai sionist rejimin Livanın müxtəlif bölgələrinə qarşı onlarla livanlının ölümü və yaralanması, eləcə də mülki evlərin və ölkənin infrastrukturunun dağıdılması ilə nəticələnən təcavüzkar və terrorçu əməliyyatlarını qətiyyətlə pisləyib.

O, İsrailin bölgədə üçün atdığı addımların ağır nəticələri barədə edib.

Bəqai qeyd edib ki, münaqişənin həlli ilə bağlı əvvəllər bağlanmış ABŞ-İran memorandumuna əsasən, İsrailin Livanda davam edən təcavüzünə görə tam ABŞ-nin üzərinə düşür.

O, yaranmış vəziyyətə görə birbaşa məsuliyyəti ABŞ-nin üzərinə qoyub və 18 iyun 2026-cı il tarixli müharibənin dayandırılması memorandumunun 1-ci bəndinə istinad edib. Həmin bənddə Livandakı müharibənin dayandırılmasının bütün cəbhələrdə müharibənin başa çatdırılması ilə bağlı sazişin ayrılmaz hissəsi olduğu açıq şəkildə qeyd olunur.

"İran öz maraqlarını, təhlükəsizliyini, hüquqlarını və müttəfiqlərinin hüquqlarını qorumaq üçün bütün zəruri tədbirləri görəcək", - o qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax