Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran ABŞ və İsraildən kompensasiya üçün güc tətbiq edəcək

1 dəq
Paylaş:
İran ABŞ və İsraildən kompensasiya üçün güc tətbiq edəcək

"İran ABŞ və İsrailin hücumları nəticəsində dəyən ziyana görə kompensasiya almaq üçün güc edəcək və bunun üçün lazımi vasitələrə malikdir".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İran Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü Şəkarçi deyib.

"Düşmənimizlə müharibənin vurduğu ziyana görə kompensasiya almaq üçün güc tətbiq edəcəyik. Kompensasiya almaq üçün vasitələrimiz var", - o qeyd edib.

Xatrıladaq ki, İsrail və ABŞ 28 fevralda İrana qarşı əməliyyatlara başlayıb və kampaniyanın məqsədinin İranı proqramından və nüvə silahı imkanlarından məhrum etmək olduğunu bildiriblər. İran İsrailə, eləcə də bölgədə Amerika qoşunlarına və enerji obyektlərinə qarşı cavab zərbələri endirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax