Operativ Məlumat Mərkəzi

İran və Rusiya DOSTLAŞIR - Saziş imzalanacaq

1 dəq
Paylaş:
İran və Rusiya DOSTLAŞIR - Saziş imzalanacaq

Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında Saziş İslam Respublikasının prezidenti Məsud Pezeşkianın Moskvaya səfəri zamanı imzalanacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İranın Rusiya Federasiyasındakı səfiri Kazım Cəlali “Al Mayadeen” telekanalına müsahibəsində deyib.

“Bu saziş oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammiti zamanı imzalanmağa hazır idi, lakin iki ölkənin prezidentləri Aşqabadda keçirilən görüşdə razılığa gəliblər ki, Saziş Pezeşkianın Moskvaya səfəri zamanı imzalanacaq”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər