İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi ABŞ-ın nüvə infrastrukturuna zərbə endirməsindən sonra ölkədə uranın zənginləşdirilməsi üzrə fəaliyyətlərin dayandırıldığını, lakin İran rəsmilərinin bu fəaliyyətdən əl çəkmək niyyətində olmadığını bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə "Fox News"a müsahibəsində bildirib.
Yayımçının ABŞ-ın son hava hücumlarından sonra proqramın davam edib-etməyəcəyi ilə bağlı sualına Əraqçi deyib ki, obyektlərə ciddi ziyan dəydiyi üçün hazırda zənginləşdirmə dayandırılıb.
O, İranın zənginləşmədən imtina edə bilməyəcəyini vurğulayaraq, bunun İran alimlərinin nailiyyəti və milli qürur mənbəyi olduğunu, zənginləşdirmənin ölkə üçün çox baha başa gəldiyini vurğulayıb.
ABŞ prezidenti Donald Trampın administrasiyası hesab edir ki, ABŞ və İsrailin hücumlarına baxmayaraq, Tehran nüvə sazişini imzalamağa hazırdır.