Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran: Hörmüz boğazının təhlükəsizliyi yalnız bizim məsuliyyətimizdir

3 dəq
Paylaş:
İran: Hörmüz boğazının təhlükəsizliyi yalnız bizim məsuliyyətimizdir

İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehranda keçirdiyi həftəlik konfransında gündəmdə olan məsələlərə münasibət bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, Fransa Prezidenti Emmanuel Makronun boğazında ilə bağlı səsləndirdiyi fikirləri şərh edərək, bu ərazidə tədbirlərinin həyata keçirilməsinin İranın səlahiyyətində olduğunu vurğulayıb.

Bəqayi bildirib ki, Hörmüz boğazının təhlükəsizliyi və mümkün minaların təmizlənməsi məsələsi İranın məsuliyyət dairəsinə daxildir. Onun sözlərinə görə, kənar ölkələrin bu prosesə müdaxiləsinə ehtiyac yoxdur.

Rəsmi nümayəndə əlavə edib ki, beynəlxalq məsələlər barədə fikir bildirmək həmin proseslərə görə məsuliyyət daşımaq anlamına gəlmir.

İran rəsmisi hazırkı mərhələdə Tehranla Vaşinqton arasında hər hansı yeni danışıqlar proqramının nəzərdə tutulmadığını bildirib.

Bununla yanaşı, o qeyd edib ki, İranın xaricdə dondurulmuş maliyyə aktivlərinin sərbəst buraxılması istiqamətində işlər davam etdirilir və bu sahədə müsbət nəticələrin əldə olunacağı gözlənilir.

Bəqayinin sözlərinə görə, əvvəlki razılaşmaların icrası üçün tərəflərin üzərlərinə götürdükləri öhdəliklərə tam əməl etməsi vacibdir.

"Qarşı tərəf öhdəliklərini yerinə yetirdiyi müddətcə, biz də öz üzərimizə düşəni edəcəyik. Ekspert qrupumuz dondurulmuş vəsaitlərlə bağlı məsələləri müzakirə etmək üçün sabah Dohaya yollanacaq", – deyə o bildirib.

ABŞ ilə münasibətlərə də toxunan Bəqayi son dövrlərdə İrana qarşı təzyiqlərin artdığını iddia edib.

O vurğulayıb ki, İranın silahlı qüvvələri ölkəyə qarşı istənilən mümkün təhdid və ya hücuma cavab verməyə hazırdır və Tehran öz təhlükəsizliyinin təmin olunmasını prioritet hesab edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax