Əsas məzmuna keç

İran səfiri Qətər XİN-ə çağırılıb

İran səfiri Qətər XİN-ə çağırılıb

bu barədə Qətər Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, İran səfirinə ABŞ-nin Əl-Udeid aviabazasına endirilən raket...

Xarici İşlər Nazirliyi İranın Dohadakı səfiri Əli Saleh Abadini XİN-ə çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, İran səfirinə ABŞ-nin Əl-Udeid aviabazasına endirilən raket zərbəsi ilə bağlı etiraz bildirilib.

Nazirlik təsdiq edib ki, Qətərin beynəlxalq hüquq normalarına uyğun olaraq bu kobud pozuntuya cavab vermək hüququnu özündə saxlayır.

Mətbuat xidməti qeyd edib ki, Qətərin üzrə dövlət naziri Sultan əl-Mureyxi səfirlə söhbət zamanı hərbi bazaya hücumu mehriban qonşuluq prinsipinin pozulması adlandırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #iran#xin#qətər
Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…