İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqir Zülqədr ölkə rəhbərliyi və digər şəxslərin qətli ilə bağlı araşdırmaların davam etdiyini bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “IRNA” agentliyi məlumat yayıb.
Bildirilib ki, Məhəmməd Baqir Zülqədr çıxışı zamanı bu cinayətləri törədənlərin və onların təşkilində məsuliyyət daşıyan şəxslərin mütləq ədalət qarşısına çıxarılacağını vurğulayıb.
Qeyd olunub ki, onun sözlərinə görə, İran dövləti ölkə rəsmilərinin və vətəndaşlarının qətlinin cəzasız qalmasına imkan verməyəcək.
Məlumata görə, Ali Milli Təhlükəsizlik Şurasının katibi bildirib ki, bu istiqamətdə hüquqi və təhlükəsizlik tədbirləri qətiyyətlə davam etdirilir.
Xatırladaq ki, İran rəsmiləri vaxtaşırı ölkə daxilində və xaricində baş verən sui-qəsd hadisələri ilə bağlı beynəlxalq ictimaiyyəti və aidiyyəti qurumları məlumatlandırır, həmçinin məsul şəxslərin cəzalandırılması istiqamətində fəaliyyətlərini davam etdirdiklərini bəyan edirlər.