İran rəsmisinin qohumu mülklərini sataraq pullarını xaricə çıxarıb

İran rəsmisinin qohumu  mülklərini sataraq pullarını xaricə çıxarıb
01.03.2023 11:10
Aa
dəq

İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin yaxın qohumu ölkədəki mülklərini sataraq pullarını xaricə çıxarıb.

 "Operativ Məlumat Mərkəzi-OMM" “Azadİran”a istinadən xəbər verir ki, bunu İranın tanınmış jurnalisti Fərəhmənd Əlipur tviter səhifəsində yazıb.

O bildirib ki, S.Ə.Xameneinin oğlu Məsud Xameneinin qaynı və əntiq mallar, antikvar sahəsində məşhur iş adamı Sadiq Xərrrazi son bir neçə ayda ölkədəki mülklərini sataraq pullarını Braziliya banklarına köçürüb.

F.Əlipurun yazdığına görə, S.Xərrazi bundan öncə də öz dostlarına ölkədə müharibə ehtimalının yüksək olduğunu söyləyərək pullarını İrandan çıxarmağı tövsiyə edib.

Qeyd edək ki, S.Xərrazi “İran diplomatiyası” saytının təsisçisidir.

Xatırladaq ki, İranın ali rəhbərinin Müctəba, Mustafa, Məsud və Meysan adlı 4 oğulu, Boşra və Xoda adlı 2 qızı var.

Həftənin ən çox oxunanları

Rusiya Paşinyanın Ermənistanda “hakimiyyəti qəsb etməyə” cəhdi ilə bağlı ittihamlara cavab verib

Rusiya Paşinyanın Ermənistanda “hakimiyyəti qəsb etməyə” cəhdi ilə bağlı ittihamlara cavab verib
DAVAMIN OXU davamın oxu

Türkiyə kəşfiyyatı İraqda PKK-nın rəhbərlərindən birini öldürüb

Türkiyə kəşfiyyatı İraqda PKK-nın rəhbərlərindən birini öldürüb
DAVAMIN OXU davamın oxu

Moskva hava limanlarında əcnəbilərdən barmaq izi götürüləcək

Moskva hava limanlarında əcnəbilərdən barmaq izi götürüləcək
DAVAMIN OXU davamın oxu

Rusiya hakerlərinin Ermənistan Baş naziri Aparatının məlumat bazasına hücumu yoxlanılır

Rusiya hakerlərinin Ermənistan Baş naziri Aparatının məlumat bazasına hücumu yoxlanılır
DAVAMIN OXU davamın oxu

İran prezidenti Livandakı peycer partlayışlarını Qərb üçün biabırçılıq adlandırıb

İran prezidenti Livandakı peycer partlayışlarını Qərb üçün biabırçılıq adlandırıb
DAVAMIN OXU davamın oxu