Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran Ərəb Liqasının bəyanatını rədd etdi - Rəsmi açıqlama

2 dəq
Paylaş:
İran Ərəb Liqasının bəyanatını rədd etdi - Rəsmi açıqlama

İran Ərəb Liqasının bəyanatını rədd edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl açıqlama verib.

Bildirilib ki, o, Ərəb Liqasının nazirlərinin İranla bağlı son bəyanatında yer alan iddiaları qəti şəkildə rədd edib.

Qeyd olunub ki, Bəqai təşkilatı bəzi üzv dövlətlərin birtərəfli və qeyri-konstruktiv mövqelərinin təsiri altına düşməməyə və daha balanslı yanaşma sərgiləməyə çağırıb.

Məlumata görə, o, İranın BMT Nizamnaməsinin prinsiplərinə, o cümlədən güc tətbiqinin qadağan edilməsi, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsiplərinə sadiq qaldığını vurğulayıb.

Bəqai bildirib ki, İranın Fars körfəzinin cənub sahillərində bəzi ölkələrdəki ABŞ hərbi bazalarına qarşı həyata keçirdiyi müdafiə tədbirləri BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququ çərçivəsində baş verib.

O, həmçinin qeyd edib ki, öz ərazilərini və obyektlərini ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları üçün istifadə etməyə imkan yaradan regional ölkələr bunun nəticələrinə görə məsuliyyət daşıyırlar.

Açıqlamada İranın regionda qeyri-sabitliyin əsas səbəbi kimi xarici müdaxilələri və Fələstinlə bağlı davam edən siyasətləri göstərdiyi diqqətə çatdırılıb.

Sonda Bəqai region ölkələrini qarşılıqlı hörmət və əsasında münasibətləri inkişaf etdirməyə, gərgin ritorikadan çəkinməyə çağırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax