Beynəlxalq monitorinq xidməti "NetBlocks"un məlumatına görə, İranda internet 47 gündən çoxdur ki, faktiki olaraq əlçatmaz vəziyyətdə qalır.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, X platformasında yayılan açıqlamada qeyd olunub ki, İranda internet kəsintisi artıq 48-ci gününə, yəni 1128 saatdan çox müddətə çatıb.
Bu vəziyyətin dünyanın indiyədək qeydə alınmış ən uzunmüddətli ölkə miqyaslı internet kəsintisi olduğu bildirilir.