Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

“Danışıqlara hazırıq, amma geri çəkilməyəcəyik” - Pezeşkian

2 dəq
Paylaş:
“Danışıqlara hazırıq, amma geri çəkilməyəcəyik” - Pezeşkian

İran Prezidenti ABŞ ilə münasibətlərə dair Tehranın mövqeyini açıqlayıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, “CBS News” telekanalına müsahibəsində iki ölkə arasında problemlərin və qarşılıqlı anlaşma yolu ilə həllinin mümkün olduğunu bildirib.

İran lideri qeyd edib ki, Tehran danışıqlara açıq olsa da, milli maraqların qorunmasından çəkilməyəcək. Onun sözlərinə görə, İran iqtisadi təzyiqlərə qarşı mübarizəni də davam etdirəcək.

Pezeşkian ABŞ tərəfindən tətbiq olunan sanksiyaların təsirini azaltmaq üçün hökumətin xüsusi tədbirlər planı hazırladığını da bildirib. O, Vaşinqtonun İrana təzyiq göstərməklə Tehranı geri addım atmağa məcbur etmək cəhdlərinin nəticə verməyəcəyini vurğulayıb.

Qeyd edək ki, daha əvvəl İran ordusunun nümayəndəsi Məhəmməd Akraminiya ölkənin atəşkəs dövründə yeni silahlar əldə etdiyini və münaqişə zamanı zədələnmiş sistemlərin bərpa edildiyini açıqlamışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə