Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran ABŞ-ni hədələdi: "Bütün region infrastrukturu vurulacaq"

2 dəq
Paylaş:
İran ABŞ-ni hədələdi: "Bütün region infrastrukturu vurulacaq"

İran qüvvələri ABŞ-nin ölkə ərazisindəki obyektlərə mümkün hücumuna cavab olaraq Yaxın Şərqdəki bütün infrastrukturun hədəfə alınacağını açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İranın “Hatam əl-Ənbiya” hərbi komandanlığının nümayəndəsi İbrahim Zülfəqəri bildirib ki, ABŞ tərəfindən İran infrastrukturuna qarşı istənilən hücum regiondakı digər obyektlərin məhv edilməsi ilə nəticələnə bilər.

İran tərəfi həmçinin ilə bağlı məsələlərə ABŞ müdaxiləsinə imkan verilməyəcəyini vurğulayıb.

ABŞ Prezidenti isə bildirib ki, Tehranla danışıqların bərpası üçün son tarix müəyyən etməyəcək və İran ərazisindəki obyektlərə zərbələr endirilməzdən əvvəl xəbərdarlıq etməyəcək.

Qeyd edək ki, iki ölkə arasında gərginlik iyulun 7-dən etibarən daha da artıb. Məlumata görə, iyulun 12-nə keçən gecə ABŞ qüvvələri İran ərazisində, Fars körfəzi və Hörmüz boğazı yaxınlığında 140-a yaxın hədəfə zərbə endirib. Ümumilikdə isə gərginliyin başladığı vaxtdan ABŞ tərəfindən 300-dən çox hücum həyata keçirildiyi bildirilir.

Hücumların hədəfləri arasında Buşer, Gəngan və Dirə şəhərlərində yerləşən raket və pilotsuz uçuş aparatı bazaları, hərbi-dəniz obyektləri, sursat anbarları, rabitə sistemləri və sahil kəşfiyyat məntəqələri göstərilir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iyulun 8-də Ankarada keçirilən NATO sammitində İranla atəşkəsin başa çatdığını açıqlayıb. İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf isə birtərəfli sazişlər dövrünün başa çatdığını bildirərək ABŞ-ni cavab tədbirləri ilə hədələyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax