Əsas məzmuna keç

İran polisi hicabsız qadınları “ağıllı kameralar”la izləyəcək

İran polisi hicabsız qadınları “ağıllı kameralar”la izləyəcək

İran Daxili İşlər Nazirliyi ölkədə hicabsız gəzən və ya baş örtüsünü yanlış geyinən qadınları müəyyən etmək üçün ictimai yerlərdə və küçələrdə “ağıllı...

İran Daxili İşlər Nazirliyi ölkədə hicabsız gəzən və ya baş örtüsünü geyinən qadınları müəyyən etmək üçün ictimai yerlərdə və küçələrdə “ağıllı videokameralar” quraşdırmağa başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Tədbir guya “ qanununa müqavimətin” qarşısını almaq məqsədi daşıyır.

“Reuters”in məlumatına görə, pozanlar ilkin mərhələdə bunun nəticələri barədə xəbərdarlıq məktubları alacaqlar.

Qanunu ikinci dəfə pozanların ediləcəyi ehtimalı daha yüksəkdir.

Bundan əvvəl İranın “Donya-e-Eqtesad” qəzeti İran parlamentinin deputatı Hüseyn Cəlalinin təklifini dərc edib.Təklifə əsasən ölkədə hicab geyinməyən və ya yanlış geyinən qadınların bank hesabları dondurulmalıdır.

Qeyd edək ki, ötən il əxlaq polisinin nəzarətində olan 22 yaşlı Məhsa Əmininin qətlə yetirilməsindən sonra daha çox iranlı qadın çadralarını atıb. Məcburi geyim qaydalarına məhəl qoymadıqları üçün həbs olunma riski ilə üzləşən qadınlar hələ də ölkənin müxtəlif yerlərində hicabsız gəzirlər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…