Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran Əfqanıstan və Pakistan arasında dialoqu dəstəkləyəcək

2 dəq
Paylaş:
İran Əfqanıstan və Pakistan arasında dialoqu dəstəkləyəcək

"İran arasındakı münaqişənin həllini dəstəkləməyə hazırdır".

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu sözləri İranın naziri Əraqçi deyib.

"Əfqanıstan və Pakistan mövcud fikir ayrılıqlarını mehriban qonşuluq münasibətləri çərçivəsində və dialoq yolu ilə həll etməlidirlər. İran iki ölkə arasında dialoqun asanlaşdırılması və qarşılıqlı anlaşma və əməkdaşlığın gücləndirilməsi üçün hər cür yardım göstərməyə hazırdır", - o bildirib.

Bundan əvvəl Pakistan və Əfqanıstan qarşılıqlı zərbələr endirdiklərini bildiriblər.

Pakistan əməliyyatlar zamanı “”ın 13 silahlısını məhv etdiyini açıqlayıb. Əfqanıstan isə 55 pakistanlı əsgərin öldürüldüyünü bəyan edib.

İslamabad iddia edir ki, Kabul Pakistanda hücumlar həyata keçirən silahlılara sığınacaq verir.

Əfqanıstanda hakimiyyətdə olan “Taliban” isə bu ittihamları rədd edərək bildirir ki, Pakistanın təhlükəsizliyi onların daxili işidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax