Əsas məzmuna keç

Zaxarova Hillari Klintonun Epşteyn işi üzrə ifadəsini yalan adlandırdı

Zaxarova Hillari Klintonun Epşteyn işi üzrə ifadəsini yalan adlandırdı

Zaxarova Hillari Klintonun Epşteyn işi üzrə ifadəsini yalan adlandırdı

en ru

“ və Hillari Epşteynin fəaliyyətindən idi”.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri XİN sözçüsü Mariya Zaxarova bildirib.

Məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, ABŞ-nin keçmiş prezidenti Bill Klinton pedofiliyada ittiham olunan amerikalı maliyyəçi Ceffri Epşteynin qanunsuz fəaliyyətindən xəbərdar olub. Onun sözlərinə görə, Hillari Klintonun Konqresdə verdiyi ifadə həqiqəti əks etdirmir.

Diplomat Moskva–İslamabad media forumunda çıxışı zamanı qeyd edib: “Bill Klinton hər bilirdi, Hillari Klinton da hər şeyi bilir. Dünən dedikləri yalandır, tamamilə uydurmadır”.

Zaxarova Hillari Klintonun ərinin guya kiminlə ünsiyyət qurduğunu bilməməsi, heç bir qınanan hərəkət etməməsi və maliyyəçinin təyyarəsindəki uçuşlarının xeyriyyə məqsədləri ilə izah edilməsi ilə bağlı iddiaları təkzib edib.

O əlavə edib ki, Epşteynin təyyarəsi “Lolita Express” adı ilə tanınıb və bu adın maliyyəçinin sənədlərindən deyil, həmin təyyarədə uçan şəxslərin istifadəsindən məlum olduğunu bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…