"İran xarici bazarlara neft tədarükünü demək olar ki, tamamilə dayandırıb".
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri İran Mərkəzi Bankının sədri Əbdülnasir Hemmati deyib.
"Hazırkı şərtlər altında neft ixracı praktik olaraq dayandırılıb", - o vurğulayıb.
Mərkəzi Bankın sədrinin sözlərinə görə, qurumun əvvəlcədən apardığı planlaşdırma özünü doğruldub və hazırda İranın valyuta ehtiyatları mövcuddur.
Hemmati İranın Ali Lideri Müctəba Xameneiyə göndərdiyi məktubda əsas istehlak malları və dərman vasitələrinin tədarükü ilə bağlı narahatlığa ehtiyac olmadığını da bildirib.
“Əsas ərzaq məhsullarının və dərmanların tədarükü ilə bağlı narahat olmağa ehtiyac yoxdur. Mərkəzi Bank və hökumət bunu təmin edir”, - o qeyd edib.