Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran Dieqo Qarsiya bazasına raketlər atdı

1 dəq
Paylaş:
İran Dieqo Qarsiya bazasına raketlər atdı

İran Qarsiya adasındakı ABŞ- bazasına orta mənzilli ballistik atıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə CNN ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Hind okeanında, İran sahillərindən təxminən 3810 kilometr məsafədə yerləşən obyektə iki raket atıb, lakin heç biri bazaya dəyməyib.

Ağ Ev, Pentaqon və Böyük Britaniya Müdafiə Nazirliyinin nümayəndələri hələlik hadisə ilə bağlı şərh verməyiblər.

Qeyd edək ki, Dieqo Qarsiya ABŞ-nin ağır bombardmançı təyyarələri donanması üçün əsas aerodromdur və uzun müddətdir ki, bu ölkənin nüvə sualtı qayıqları və idarəolunan raketlərlə təchiz olunmuş esmineslərini yerləşdirdiyi strateji baza kimi fəaliyyət göstərir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax