İran tərəfi ABŞ ilə müzakirə olunan anlaşma memorandumunun yekun mətni üzərində işini davam etdirir və hələlik rəsmi mövqeyini bildirməyib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" yarı-rəsmi "Mehr" agentliyinə istinadən məlumat yayıb.
İranın danışıqlar qrupuna yaxın mənbənin sözlərinə görə, Tehranın məsələyə ehtiyatlı yanaşmasının əsas səbəbi ABŞ-nin əvvəlki dövrlərdə öhdəliklərini pozması və etibarsızlıq nümayiş etdirməsidir. Mənbə bildirib ki, məhz bu tarixi təcrübə İranı danışıqlarda daha sərt mövqe tutmağa vadar edir.
Məlumata əsasən, İran tərəfi mümkün razılaşmadan ölkə üçün real fayda əldə etməyi hədəfləyir. Qeyd edək ki, Tehran və Vaşinqton arasında razılaşma ilə bağlı müzakirələr bir müddətdir ki, davam edir və tərəflər sənəd üzərində işi hələ də yekunlaşdırmayıblar.