İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İsrailin Qəzza zolağına hücumlarını yenidən başlatmasını pisləyib və regionda baş verənlərə görə ABŞ-nin məsuliyyət daşıdığını bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Xarici İşlər Nazirliyinin nümayəndəsi bu hücumları işğal olunmuş Fələstin torpaqlarında soyqırım və etnik təmizləmənin davamı kimi qiymətləndirib və ABŞ hökumətinin sionist İsrail rejiminə qarşı törətdiyi cinayətlərə görə məsuliyyət daşıdığını qeyd edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, qadınlar və uşaqlar da daxil olmaqla yüzlərlə dinc Fələstin vətəndaşının kütləvi şəkildə öldürülməsi Vaşinqtonun razılığı ilə həyata keçirilir və bura regionun ərzaq blokadası da daxildir.