İran quraqlıq və su ehtiyatlarından səmərəsiz istifadə səbəbindən səhralaşma riski ilə üzləşən İraqa axan Kiçik Zap Suyun axını dayandırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, İrandan gələn suyun kəsilməsi İraqda Dəclə və Fərat çaylarında suyun səviyyəsinin azalmasına səbəb olub.
Qeyd edək ki, İraq iqlim dəyişikliyi səbəbindən ildə təxminən 400 min ha kənd təsərrüfatı sahəsini itirir.