İran iPhone idxalına qoyulan qadağanı aradan qaldırıb

İran iPhone idxalına qoyulan qadağanı aradan qaldırıb
30.10.2024 13:27
Aa
dəq

İran hakimiyyəti iPhone smartfonlarının idxalına qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb,

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə informasiya və kommunikasiya texnologiyaları naziri Səttar Haşimi məlumat yayıb.

Qeyd edilib ki, telefonların ölkəyə idxalı və qeydiyyatı üçün yaxın vaxtlarda yeni mexanizm tətbiq olunacaq.

"Bu gün biz qanuni məsələlər üzrə vitse-prezidentin və ticarət, sənaye və mineral ehtiyatlar nazirinin köməyi ilə məhdudiyyətləri aradan qaldırmaq üçün Nazirlər Kabinetinin razılığını ala bildik. iPhone idxalı ilə bağlı təfərrüatlar və qaydalar tezliklə açıqlanacaq", - Haşimi X-də yazıb.

Həftənin ən çox oxunanları