İranın xarici işlər naziri Abbas Əraqçi ilə britaniyalı həmkarı İvett Kuper arasında telefon danışığı aparılıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, tərəflər regional hadisələri müzakirə edib və fikir mübadiləsi aparıblar.
Telefon danışığı ilə bağlı ətraflı məlumat verilmir.