"İran hər il terrora 16 milyard dollar pul ayırır" - Politoloq

"İran hər il terrora 16 milyard dollar pul ayırır" - Politoloq
31.03.2023 21:13
Aa
dəq

“1984-cü ildən başlayaraq İran İslam Respublikasının adı beynəlxalq hesabatlarda terrorizmi dəstəkləyən dövlətlər sırasına daxil edilib. Bu gün də eyni imiclə tanınır”.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında politoloq Yeganə Hacıyeva bildirib.

“İranın dövlət strukturlarının qanlı terror aktlarında iştirakı faktlarla sübuta yetirilib. 1979-cu ildə “İslamçıların” hakimiyyətə gəlişindən sonra, İran dövlət strukturlarının yönləndirməsi ilə dünyanın 20-dən çox ölkəsində sui-qəsdlər və ya terror aktları təşkil edilib. Bu aktlar Avropa, Şimali və Cənubi Amerika, Afrika və Asiya daxil olmaqla, dünyanın 5 qitəsində həyata keçirilib. Bu baxımdan İran rejiminin terrora dəstək verməsi qlobal problem təzahürü alıb”.

İranın terror qruplarına hər il 16 milyard dollar vəsait ayırdığını qeyd edən politoloq bildirib ki, 1979-cu ildən etibarən, İranda dövlət maraqlarının təmin edilməsi üçün terror aktlarından istifadəyə rəsmən razılıq verilib:

“ABŞ Dövlət Departamenti tərəfindən tərtib edilən, “Beynəlxalq qanunları pozan İran rejiminin dağıdıcı hərəkətlərinin tarixi” adlı 48 səhifəlik hesabatında göstərilir ki, İran hər il Suriya, Yəmən və İraqda terror aktlarının gerçəkləşdirilməsi üçün ən azı 16 milyard dollar vəsait xərcləyir.”

İranın Azərbaycana qarşı mənfi ritorikasından bəhs edən Yeganə Hacıyeva bunun səbəblərini də açıqlayıb:

“İran daha öncə dini ideoloji təbliğatın əsasında öz təcavüzkar siyasətini gizlədə bilirdisə, 44 günlük Vətən müharibəsindən sonra bunu gizlətməyə heç ehtiyac da duymadı və paralel olaraq, daha aqressiv münasibətə başladı. Bu münasibətlərin əsas səbəbi isə Azərbaycanın müharibədə qazandığı qələbənin İran daxilindəki etnik azərbaycanlılara sirayət edəcəyi və soydaşlarımız öz haqq və hüquqlarının müdafiəsi üçün aktiv proseslərə başlayacağı əminliyi idi. Amma qələbəmiz təkcə Azərbaycanlılara deyil, digər İran daxili etnik qrupları da ruhlandırdı”.

Politoloq martın 4-də hipermarketə hücüm, habelə 10 mart da küçədə iki nəfərin güllələnməsi, sonda isə millət vəkilinə hücumlarda İranın terror izi olduğunu deyib:

“Martın 4 də terrorçunun şəhərin əsas küçələrindən birində gizlənib kimi təqdim edilsə də, qatilin gizləndiyi küçə ilə İran səfirliyinin arasında çox az məsafə olması diqqəti çəkirdi. Demək ki, sifarişçilər onu ilk imkandaca səfirlikdə gizlətməyi planlaşdırırmışlar. Dövlət Təhlükəsizlik xidmətinin keçirdiyi əməliyyatlarda İran şəbəkəsinin miqyası üzə çıxır. Amma bütün bunlar aysberqin görünən tərəfidir, İran daha dərində, dövlətin, güc, təhsil və rabitə təsisatlarında geniş kök atıb”.

Məlik Məlikov 

Həftənin ən çox oxunanları

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH
DAVAMIN OXU davamın oxu