Əsas məzmuna keç

İran hava məkanı bir həftə də bağlı qalacaq

İran hava məkanı bir həftə də bağlı qalacaq

Tehran səmasında uçuş məhdudiyyəti 12 aprelədək uzadıldı. ABŞ-İsrail hərbi əməliyyatları fonunda tətbiq edilən qadağanın detalları və istisna hallar məlum olub.

en ru

ABŞ-İsrail hərbi əməliyyatları fonunda fəaliyyətini dayandıran İranın hava uçuşlar üçün 12 aprelə qədər qapalı qalacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Yaxın Şərq hava nəqliyyatının idarə olunması dairələrindəki mənbə məlumat yayıb.

Məlumata əsasən, İran səması 12 apreldə yerli vaxtla təxminən saat 08:30-a qədər bütün uçuşlar üçün bağlı olacaq. Lakin bu qadağanın bəzi istisnaları mövcuddur. Belə ki, hökumət, hərbi və tibbi təyyarələrin uçuşlarına, eləcə də mülki aviasiya orqanının xüsusi icazəsi ilə həyata keçirilən axtarış-xilasetmə əməliyyatlarına məhdudiyyət şamil edilmir.

Xatırladaq ki, İranın hava məkanı ilk dəfə 28 fevral səhəri, ABŞ-İsrail hərbi əməliyyatının başlamasından dərhal sonra bağlanıb. Həmin vaxt paytaxt da daxil olmaqla, İranın böyük şəhərləri zərbələrə məruz qalmışdı.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…