Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran ABŞ-dən BMT-yə şikayət etdi

2 dəq
Paylaş:
İran ABŞ-dən BMT-yə şikayət etdi

İran Xarici İşlər Nazirliyi ABŞ-nin "TOUSKA" ticarət gəmisini saxlaması ilə əlaqədar BMT-nin Quterreşə və Dəniz Təşkilatına rəsmi məktubu göndərib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Al-Jazeera" telekanalı məlumat yayıb.

"İran ABŞ-nin bu qanunsuz və cinayətkar hərəkətinin çox təhlükəli nəticələri barədə xəbərdarlıq edir, İran gəmisinin, dənizçilərin, ekipajın və onların ailələrinin dərhal azad edilməsinin vacibliyini vurğulayır", - XİN-in bəyanatında deyilir.

XİN-dən qeyd ediblər ki, gəminin saxlanılması "dənizçilərin və ekipaj üzvlərinin, həmçinin onların ailələrinin qorxudulması ilə müşayiət olunub".

Xatırladaq ki, aprelin 20-si gecə saatlarında ABŞ-nin "USS Spruance" esminesi Oman körfəzində İran bayrağı altında üzən "TOUSKA" yük gəmisini ələ keçirib. Buna cavab olaraq İran mediası ölkənin Silahlı Qüvvələrinin ABŞ gəmilərinə dronlarla hücum etməsi barədə məlumat yayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax