İranın ABŞ-dən Livandakı hərbi əməliyyatların dayandırılması ilə bağlı zəmanət tələb etdiyi bildirilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə CNN diplomatik mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, planlaşdırılan danışıqlar İsrailin Livana hücumları səbəbindən müvəqqəti olaraq təxirə salınıb.
Diplomatik mənbənin sözlərinə görə, Tehran hazırda imzalanmış razılaşmada nəzərdə tutulduğu kimi, Livanda hərbi əməliyyatların dayandırılmasına dair ABŞ-dən təminat tələb edir.
“İranlılar imzalanmış müqavilədə nəzərdə tutulduğu kimi, Livanda hərbi əməliyyatların dayandırılmasına dair zəmanət tələb ediblər”, - deyə mənbə bildirib.
Mənbə əlavə edib ki, hazırda vasitəçilər bu məsələ ilə bağlı razılıq əldə olunması üçün fəaliyyət göstərirlər.
Danışıqların nə vaxt bərpa ediləcəyi isə hələ açıqlanmayıb.