İran hərbi arsenalının əvvəlki müharibələrlə müqayisədə daha da gücləndirildiyini açıqlayıb.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, ölkənin raket imkanları barədə danışan Muhibbi SEPAH-ın arsenalında olan silahların döyüş başlığı gücünün əvvəlki müharibələrdə istifadə edilən sistemlərdən dəfələrlə üstün olduğunu bildirib.
Muhibbin sözlərinə görə, yeni müharibə baş verəcəyi təqdirdə İranın istifadə edəcəyi silahlar əvvəlki dövrlərdən əhəmiyyətli dərəcədə fərqlənəcək.
O qeyd edib ki, bu fərq əsasən raketlərin hədəfə dəqiqliklə çatdırılması, uçuş məsafəsi və döyüş başlığı texnologiyasında özünü göstərəcək.
İran rəsmisi ölkənin silah istehsalı və hərbi texnologiyaların inkişafı prosesində heç bir fasilənin olmadığını vurğulayıb.
Onun iddiasına görə, İranın hərbi texnikası zaman keçdikcə daha dəqiq, daha güclü və texnoloji baxımdan daha müasir hala gətirilir.
Bu açıqlamalar Tehranla regional rəqibləri arasında hərbi gərginliyin davam etdiyi bir vaxtda İranın raket imkanlarının inkişaf etdirilməsinə xüsusi diqqət yetirdiyini göstərir.