İranın "İslam İnqilabı Keşikçiləri Korpusu" (SEPAH) İordaniyada yerləşən ABŞ-yə məxsus hava bazasının ballistik raketlərlə hədəfə alındığını açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, SEPAH-ın yaydığı bəyanata görə, əməliyyat regionda artan hərbi gərginlik fonunda həyata keçirilib.
Bildirilib ki, İran tərəfi eyni zamanda Hörmüz boğazı istiqamətində də əməliyyat keçirdiyini elan edib. Məlumata əsasən, SEPAH qüvvələri boğazdan keçən və qaydaları pozduğu iddia edilən üç neft tankerini saxlayıb.
Qeyd olunub ki, hadisələrlə bağlı ABŞ tərəfindən hələlik rəsmi və ətraflı açıqlama verilməyib.