Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran Pasteur İnstitutuna hücum müharibə cinayəti adlandırıldı

2 dəq
Paylaş:
İran Pasteur İnstitutuna hücum müharibə cinayəti adlandırıldı

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi və İsrailin hücumları nəticəsində Pasteur İnstitutuna dəyən ziyanın həm milli, həm də regional səhiyyə təhlükəsizliyi üçün ciddi təhdid yaratdığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Bəqayi hesabında paylaşım edib.

O, nüfuzlu The jurnalında dərc olunmuş xəbərdarlığa edərək bildirib ki, institut İranın ictimai səhiyyə infrastrukturunun əsas sütunlarından biri hesab olunur.

Məlumata görə, jurnal institutun fəaliyyətinin dayanmasının “ictimai səhiyyə üçün real, təcili və təhlükəli təhdid” yaradacağı barədə xəbərdarlıq edib.

Bəqayi qeyd edib ki, əsrlik elmi və ictimai səhiyyə müəssisəsinə hücum təkcə bir binaya qarşı deyil, insanların sağlamlıq, elm və həyat hüququna qarşı yönəlmiş addımdır.

O vurğulayıb ki, belə hücumlar regionda səhiyyə təhlükəsizliyi və elmi fəaliyyətlər üçün ağır nəticələr doğura bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax