Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran Hörmüz boğazında 56 gəmini “qara siyahı”ya saldı

2 dəq
Paylaş:
İran Hörmüz boğazında 56 gəmini “qara siyahı”ya saldı

İranın Hörmüz boğazından keçidləri tənzimləyən "Fars Körfəzi Boğaz İdarəsi" (PGSA) qurumu qaydalarına riayət etməyən gəmilərlə bağlı yeni qərar qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə PGSA-nın rəsmi internet səhifəsində məlumat yayıb.

Bildirilib ki, siyahıya daha 11 gəmi əlavə olunub və bununla da ""ya daxil edilən gəmilərin ümumi sayı 56-ya çatıb.

PGSA tərəfindən verilən açıqlamada vurğulanıb ki, İranın Hörmüz boğazı üçün müəyyən protokolları pozan gəmilər gələcək keçidləri zamanı ciddi məhdudiyyətlərlə üzləşəcəklər.

Tədbirlər çərçivəsində cərimələrin tətbiqi, gəmilərin saxlanılması və ya müsadirə edilməsi nəzərdə tutulur. Bundan əlavə, siyahıda adı keçən gəmilərlə edən digər üzən vasitələrin də cəzalandırılacağı barədə xəbərdarlıq edilib.

Sentyabrın 2-nə olan məlumata görə, yenilənmiş siyahıda müxtəlif növ tankerlər yer alır. Bunların arasında Birləşmiş Ərəb Əmirlikləri mərkəzli "ADNOC Logistics" və onun törəmə şirkəti "Navig8", həmçinin Səudiyyə Ərəbistanının "Bahri" şirkəti ilə əlaqəli gəmilər var.

Siyahıya Çinlə əlaqəli 2 gəmi də daxil olmaqla, LNG, LPG və xam neft daşıyan tankerlər daxil edilib.

Xatırladaq ki, avqustun 24-də İran 45 tankerin "qara siyahı"ya alındığını elan etmişdi. rəhbərliyi bu addımı ABŞ və İsrailin fevral ayında həyata keçirdiyi hücumlardan sonra yaranan gərginlik fonunda Hörmüz boğazından keçidləri nəzarətdə saxlamaq məqsədilə atıb.

İyun ayında İran və ABŞ arasında əldə olunan razılaşmaya baxmayaraq, iyul ayında tərəflər arasında yaranan fikir ayrılıqları nəticəsində boğazdan keçid rejimi yenidən sərtləşdirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə