İran-Azərbaycan sərhədindən yük nəqliyyat vasitələrinin keçməsi ilə bağlı hazırda hər hansı bir problem yaşanmır və məhdudiyyət tətbiq olunmur.
Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Qeyd edilib ki, daşıyıcılarla mütəmadi olaraq əlaqə saxlanılır və məsələ tam nəzarətdədir.
"Hər hansı dəyişiklik olarsa, ictimaiyyətə məlumat veriləcək", - deyə məlumatda vurğulanıb.
Xatırladaq ki, bu gün İsrail Dövləti ölkəyə qarşı təhdidləri aradan qaldırmaq üçün İrana qabaqlayıcı zərbə endirib. İsrailin bütün ərazisində dərhal fövqəladə vəziyyət elan edilib.
Yaxın Şərqdə baş verən hadisələr səbəbindən təhlükəsizlik məqsədilə bu bölgəyə daxil olan bəzi ölkələr hava məkanlarını bağlayıb. Məlumatlarda qeyd olunub ki, ABŞ İsrailin İrana endirdiyi zərbələrdə iştirak edir.