Tehran və Vaşinqton arasında İranın nüvə proqramı ilə bağlı dolayı danışıqlar Omanın paytaxtı Məsqətdə başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Araqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi elçisi Stiv Uitkoff rəhbərlik edir.
Oman danışıqlarda vasitəçi kimi çıxış edir.
Bugünkü danışıqlar nüvə məsələsi və İrana qarşı sanksiyaların yumşaldılması məsələsinə yönələcək.
Araqçi Oman xarici işlər naziri ilə görüşdə narahatlıqlarını və tələblərini bildirib və həmçinin Amerika tərəfinin həddindən artıq tələblər irəli sürməsinə qarşı xəbərdarlıq edib.
O, omanlı həmkarı Bədr bin Həməd əl-Busaidi ilə görüşündə İranın öz suverenliyini və milli təhlükəsizliyini qorumağa tam hazır olduğunu bildirib.