İran və Ermənistan xarici işlər nazirləri arasında telefon danışığı baş tutub.
“Operativ Məlumat Mərkəzi-OMM”-in “Tasnim” agentliyinə istinadən verdiyi məlumata görə, İranın XİN rəhbəri Abbas Əraqçi ölkəsinin ABŞ və İsrail ilə genişmiqyaslı müharibə şəraitində olduğunu vurğulayıb.
Nazir bildirib ki, rəsmi Tehran hücumlara cavab olaraq İsraili və bölgədəki ABŞ hərbi bazalarını hədəf alıb. O, İranın lazım olduğu müddətdə özünü müdafiə etməyə tam hazır olduğunu qeyd edib.
Əraqçi həmçinin bəyan edib ki, İranın öldürülən liderlərinin qisası mütləq alınacaq.
Ermənistan XİN rəhbəri Mirzoyan isə İranın Ali Rəhbəri Seyid Əli Xameneinin, eləcə də bir sıra İran vətəndaşlarının həlak olması ilə bağlı qarşı tərəfə başsağlığı verib.
O, eyni zamanda Ermənistanın zəruri olan hər cür humanitar yardımı göstərməyə hazır olduğunu bildirib. Mirzoyan mövcud gərgin vəziyyətin diplomatiya yolu ilə həll olunacağına ümid etdiyini vurğulayıb.