Əsas məzmuna keç

İran ABŞ-yə xəbərdarlıq etdi

İran ABŞ-yə xəbərdarlıq etdi

Tehran Vaşinqtonu təhdid etdi: SEPAH nümayəndəsi Abdullah Sadeqi Donald Trampın addımlarına qarşı Yaxın Şərqdəki bazaları hədəf göstərdi. Gərginlik pik həddə çatır.

ru en

"İrana qarşı hər hansı bir təcavüz, Yaxın Şərqdəki ABŞ və müttəfiqlərinin bütün infrastrukturuna zərbə endirilməsi ilə nəticələnəcək".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İranın Ali Lideri Əli Xameneinin İslam İnqilabı Keşikçiləri Korpusundakı nümayəndəsi Hacı bildirib.

"ABŞ-nin və onun regional muzdlularının bütün infrastrukturu əlimizdədir. Silahlı qüvvələr döyüşə hazırdır və düşmənin hər hansı bir hərəkəti quruda, dənizdə və bölgədəki bütün ABŞ bazalarında sarsıdıcı cavabla qarşılaşacaq", - o qeyd edib.

Xatırladaq ki, ABŞ prezidenti Tramp daha əvvəl İrana doğru nəhəng bir armadanın getdiyi bildirmişdi.

O, Tehranın danışıqlar masasına oturub nüvə silahlarından tamamilə imtina etməyi də əhatə edən ədalətli və bərabər bir razılaşma imzalayacağına ümid etdiyini bildirmişdi.

Amerika lideri ötən ilin iyun ayında ABŞ-nin İslam Respublikasının nüvə obyektlərinə zərbə endirdiyini xatırladıb.

O, növbəti hücumun daha da pis olacağı barədə etmiş və bunun baş verməsinə yol verməməyə çağırmışdı.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…