İran Hərbi Dəniz Qüvvələrinin komandanı Şəhram İrani Hörmüz boğazında ölkənin ərazi sularına daxil olan ABŞ-nin nüvə sualtı qayığının aşkar edilərək xəbərdarlıq edildiyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ sualtı qayığı İranın ərazi sularına daxil olub və xəbərdarlıqlardan sonra istiqamətini dəyişib.
"Bu İran Hərbi Dəniz Qüvvələrinin ABŞ-yə son xəbərdarlığıdır", - deyə İran rəsmisi bildirib.