Əsas məzmuna keç

İran ABŞ-la danışıqlara şərtli açıq olduğunu bəyan edib

İran ABŞ-la danışıqlara şərtli açıq olduğunu bəyan edib

ABŞ administrasiyası real razılaşmaya nail olmaq məqsədilə səmimi və bərabərhüquqlu dialoqa hazır olduğu təqdirdə, Tehran Vaşinqtonla danışıqlar aparmağa...

ru en

ABŞ administrasiyası real razılaşmaya nail olmaq məqsədilə səmimi və bərabərhüquqlu dialoqa hazır olduğu təqdirdə, Tehran Vaşinqtonla danışıqlar aparmağa açıqdır.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bu fikirləri İran Məclisinin spikeri Məhəmməd Baqer CNN-ə verdiyi müsahibədə səsləndirib. Onun sözlərinə görə, İran yalnız normalara uyğun və qarşılıqlı hörmətə əsaslanan danışıqları qəbul edir.

Qalibaf bildirib ki, hazırda ABŞ Prezidenti Trampın yanaşması bu meyarlara cavab vermir:

“Əgər söhbət beynəlxalq çərçivədə real razılaşma üçün aparılan danışıqlardan gedirsə, buna baxmaq olar. Ancaq indiki halda Trampın istədiyi dialoq deyil, sadəcə öz iradəsini başqalarına qəbul etdirmək cəhdidir”.

İran parlamentinin sədri əlavə edib ki, Tramp həqiqətən sülh tərəfdarıdırsa və Nobel Sülh Mükafatına layiq görülmək niyyətindədirsə, əvvəlcə müharibəni təşviq edən qüvvələrdən və İranın təslim olmasını tələb edən yanaşmalardan uzaqlaşmalıdır.

Qalibafın sözlərinə görə, ABŞ İranla qarşıdurmaya başlaya bilər, lakin bu prosesin nəticələrini nəzarətdə saxlamaq çətin olacaq:

“Minlərlə kilometr uzaqda yerləşən Yaxın Şərqə göndərilən Amerika əsgərləri ciddi risklərlə üz-üzə qalacaq və bundan zərər çəkəcək. Bu, heç bir tərəf üçün müsbət nəticə vəd etmir”.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…