İran ABŞ-la İranın nüvə proqramı ilə bağlı danışıqlardan əvvəl Aİ-3 ölkələri (Almaniya, Britaniya və Fransa) ilə məsləhətləşmələr aparmağı planlaşdırır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu açıqlama ilə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi çıxış edib.
"Hesab edirəm ki, üç Avropa ölkəsinin İranın nüvə proqramı üzrə rolu onların qəbul etdikləri yanlış siyasətə görə azalıb. Ona görə də biz ABŞ-la danışıqlardan əvvəl Romada onlarla bir sıra danışıqlar aparmağa hazırıq", - o, SNN telekanalının efirində bildirib.
Xarici İşlər Nazirliyinin sözçüsü Avropa ölkələrinin nümayəndələri ilə görüşün cümə günü baş tutacağını bildirib. Əraqçi bildirib ki, avropalılarla məsləhətləşmələr davam edəcək, lakin hazırda əsas diqqət Vaşinqtonla danışıqlardır və danışıqların növbəti mərhələsi mayın 3-də Romada baş tutacaq.