Əsas məzmuna keç

İqtisadi Şuranın iclası: Sahibkarlıq üçün yeni islahatlar müzakirə edildi

İqtisadi Şuranın iclası: Sahibkarlıq üçün yeni islahatlar müzakirə edildi

Baş nazir Əli Əsədovun rəhbərliyi ilə biznes mühiti, dövlət satınalmaları və məhkəmə islahatları müzakirə olunub. Sahibkarlıqda hansı dəyişikliklər gözlənilir?

en ru

Fevralın 26-da İqtisadi Şuranın iclası keçirilib.

Nazirlər Kabinetindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildiriblər ki, Şuranın sədri, Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində “ fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi Qrup”u tərəfindən hazırlanan “ və hüquq” sahəsinə və “Dövlət satınalma prosedurları” sahəsinə dair sahibkarların qaldırdığı aktual məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan məsələlər üzrə Respublikası Prezidentinin köməkçisi, İşçi Qrupun rəhbəri Natiq Əmirovun və Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədovun məruzələri dinlənilib.

İclasda təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və dəvət olunanlar Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimov, ədliyyə naziri Fərid Əhmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov çıxış ediblər.

Yekunda iclas iştirakçılarının rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlərin həlli istiqamətində müvafiq normativ-hüquqi aktların layihələrinə dəyişiklikləri hazırlayaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara tapşırıqlar verilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…