Operativ Məlumat Mərkəzi

İpoteka kreditləşməsi üçün yeni limitlər ayrılıb

1 dəq
Paylaş:
İpoteka kreditləşməsi üçün yeni limitlər ayrılıb
{"az":"Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2025-ci il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə...","en":"","ru":""}

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2025-ci il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fonddan bildirilib.

Vətəndaşlardan müraciətlərin qəbuluna aşağıdakı tarixlərdən başlanılacaq.

ADİ ipoteka kreditləri üzrə:

06.02.2025-ci il tarixində saat 10:00-dan.

GÜZƏŞTLİ ipoteka kreditləri üzrə:

07.02.2025-ci il tarixində saat 10:00-dan etibarən.

Müraciətlərin qəbulu “Elektron ipoteka və kredit zəmanət “sistemi (www.e-gov.az) üzərindən SİMA Token (Elektron İmza) və ya Asan İmza vasitəsilə həyata keçiriləcəkdir.

Qeyd: Elektron sistemdə aparılmış təhlükəsizlik tədbirləri ilə əlaqədar elektron müraciətlərin kompüterlər (PC) və ya notebook vasitəsilə (touchscreen funksionallığından istifadə edilməməklə) həyata keçirilməsi tələb olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər